- Cəmiyyət

Ukraynanın HHM sistemini gücləndirmək üçün 1 milyard dollardan çox vəsait ayrılacaq

ABŞ və müttəfiqləri Ukraynaya hava hücumundan müdafiə (HHM) sistemini gücləndirmək üçün 1 milyard dollardan çox vəsait ayıracaq.

“Report” xəbər verir ki, bu barədə Almaniya, İtaliya, Niderland, Rumıniya, ABŞ və Ukrayna liderlərinin birgə yazılı bəyanatında deyilir.

“Biz həmçinin NATO-nun Ukraynanın alyansa uyğunlaşdırılmış və inteqrasiya olunmuş hava və raketdən müdafiə arxitekturası yaratmaq səylərini dəstəkləmək üzrə fəaliyyətini alqışlayırıq”, – sənəddə qeyd edilib.

Bundan əvvəl Amerika lideri Cozef Bayden bildirib ki, ABŞ və müttəfiqləri Ukraynaya Patriot və NASAMS daxil olmaqla əlavə strateji və taktiki hava hücumundan müdafiə sistemləri ötürməyə başlayır.