Ukraynada xüsusi hərbi əməliyyatdan başlayandan bəri 28 Qərb ölkəsindəki diplomatik nümayəndəliklərdən 400-dən çox rusiyalı diplomat çıxarılıb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Evgeni İvanov Federasiya Şurasının Dövlət suverenliyi və Rusiyanın daxili işlərinə müdaxilənin qarşısının alınması üzrə müvəqqəti komissiyanın iclasında bildirib.