- Cəmiyyət, Manşet

Ukraynaya MiQ-29 verilməsi üzrə danışıqlar başlayır

Slovakiya Ukraynaya MiQ-29 qırıcılarının təhvil verilməsi ilə bağlı daxili siyasi səviyyədə, eləcə də Avropa Komissiyası və Kiyevlə danışıqlara başlayacaq.

Modern.az xəbər verir ki, bu barədə Slovakiyanın baş naziri səlahiyyətlərini icra edən Eduard Heqer məlumat verib.

O bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenski qırıcıların tədarük edilməsini tələb edib.

Heqer vurğulayıb ki, MiQ-29 döyüş təyyarələri istismardan çıxarılıb və Slovakiya onlardan istifadə edə bilməz.

“İstismardan çıxarılan MiQ-lər Ukraynada günahsız insanların həyatını xilas edə bilər”, – o deyib.

Aİ-nin Brüsseldə keçirilən sammitində Slovakiyanın baş naziri vəzifəsini icra edən Heqerlə görüşü zamanı Zelenski rəsmi olaraq MiQ-29 qırıcılarının tədarükü ilə bağlı müraciət edib. Heqer cavab verib ki, Slovakiya bu tələbi yerinə yetirmək üçün əlindən gələni edəcək.