- Ədəbiyyat

Ulduzlar – oğullar…

Gülyaz ƏLİYEVA

Vuruşdular oğullar,
Vuruşdular vətən üçün
Uf demədən,
Özlərin düşünmədən,
Mənfəət güdmədən
vuruşdular…

Vuruşdular oğullar,
Vuruşdular torpaq üçün.
“Bir qarış da vermırik”, – deyə-deyə vuruşdular.
Torpağa düşdülər,
Torpağa qarışdılar,
Vuruşdular…

Vuruşdular oğullar,
Çağırır vətən , – deyə-deyə,
Əsgər getdilər,
Döyüşə atıldılar.
Vurdular, vuruldular,
Öldülər…
Amma inamları ölmədi,
sevgiləri bitmədi…

Ürəkdə inam,
Vuruşdular,
Ürəklərin yandırıb
Ulduza döndülər.
Gecələr
Ordan yerə baxdılar
Oğullardır qaranlıqda
işıldayan,
Bizə doğru yol göstən,
Vətən göylərində
Ulduza dönən…