- Mədəniyyət

UNESCO-nun Baş direktoru vəzifəsinə üç nəfər namizədliyini irəli sürüb

UNESCO-nun İcraiyyə Şurasının 221-ci sessiyası işini davam etdirir. Sessiya çərçivəsində qurumun yeni Baş direktoru vəzifəsinə namizəd təklif olunacaq.

AZƏRTAC xəbər verir ki, UNESCO-nun Baş direktoru vəzifəsinə 3 nəfər – UNESCO Baş direktorunun Afrika departamenti üzrə müavini, konqolu Firmin Eduard Matoko, UNESCO Baş direktorunun Sosial və Humanitar Elmlər üzrə köməkçisi, meksikalı Gabriela Ramos və Misirin turizm naziri Xalid əl-Anani namizədliyini irəli sürüb.

Qeyd edək ki, UNESCO-nun Baş direktoru İcraiyyə Şurası tərəfindən təklif edilir və konfransın təsdiq edəcəyi şərtlərlə Baş Konfrans tərəfindən dörd il müddətinə təyin edilir. Baş direktor 2 dəfə dördillik müddətə təyin oluna bilər, bundan sonra yenidən seçilmək hüququ yoxdur.