“Ölkəmizə səfərə gələn Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Kiyev vilayətinin Buça şəhərində olublar”.
Bunu Ukraynanın Baş naziri Denis Şmıxal Telegram-da yazıb.
“Biz Buçaya baş çəkdik. Mən Avropa Komissiyasının sədri Ursula fon der Leyenə, Aİ-nin ali nümayəndəsi Josep Borrell və Slovakiyanın baş naziri Eduard Hegerə Rusiya hərbçilərinin Ukrayna vətəndaşlarına qarşı törətdiyi vəhşilikləri göstərdim”, – məlumatda deyilir.
Şmıxal əlavə edib ki, Ukrayna avropalı tərəfdaşları ilə birlikdə təcavüzkarı tez bir zamanda dayandırmağa çalışır.
“Rusiya Federasiyasının Buça və Ukraynanın digər şəhərlərində törətdiyi hərbi cinayətlər və insanlığa qarşı cinayətlər beynəlxalq ictimaiyyətin təcili tədbir görməsini tələb edir. Biz bütün məsuliyyət daşıyanların beynəlxalq cinayət məsuliyyətinə cəlb edilməsində Aİ-nin dəstəyinə ümid edirik”, – Şmıxal vurğulayıb.