- Mədəniyyət

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə konsert proqramı təşkil olunub

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert proqramı maraqla qarşılanıb.

Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, konsert Xəzər rayon Mərdəkan Mədəniyyət sarayında təşkil olunub.

Proqramda Dövlət Uşaq Filarmoniyasının qız və oğlanlardan ibarət rəqs ansamblı, “Sədəf” xalq çalğı alətləri ansamblı və solistlər, “Şəms” uşaq xoru, “Güləbətin” vokal ansamblı bir-birindən maraqlı musiqi nömrələri ilə çıxış ediblər.