“İranda insanların sağlamlığı və hüquqları qorunmalıdır”.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bildirilib.
Qeyd olunub ki, ÜST İranda vətəndaşların sağlamlığını və rifahını dəstəkləmək üçün bütün səylərini davam etdirir: “Səhiyyə işçilərinin təhlükəsiz formada öz işlərini görə bilməsi son dərəcə vacibdir”.
Xatırladaq ki, İranda sentyabr ayında başlayan aksiyalarda indiyədək 440 nəfər həlak olub. (report)