- Mədəniyyət

“Ustad və Marqarita” filminin gəlirləri rekord həddə çatıb

Rus yazıçısı Mixail Bulqakovun eyniadlı romanı əsasında çəkilmiş “Ustad və Marqarita” filminin gəlirləri rekord həddə çatıb.

AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, film 1,4 milyard rubldan çox gəlir əldə edib.

Dram janrında çəkilən ekran əsərində əsas rolları Yevgeni Tsıqanov, Yuliya Snigir və Avqust Diehl canlandırıblar.

“Ustad və Marqarita” cari il yanvarın 25-də nümayiş olunub.