- Mədəniyyət

“Üzeyir bəy deyərdi ki…” tamaşası Şuşada nümayiş olunub

İyulun 23-də Şuşada Vaqif Poeziya Günləri çərçivəsində şəhərin memarlıq incilərindən biri – Xan qızı Natəvanın sarayının qarşısında “Üzeyir bəy deyərdi ki…” adlı teatr tamaşası nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, tamaşa Üzeyir Hacıbəylinin felyetonları əsasında hazırlanıb.

Əsərdə müəllifin yumoristik və satirik üslubda qələmə aldığı sosial mövzulara yaradıcı və fərqli yanaşma ortaya qoyulub. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.

Tədbir iştirakçıları bu kimi layihələrin Şuşanın mədəni həyatına rəng qatdığını, milli irsin qorunması və təbliği baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.