- Mədəniyyət

Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı davam edir

Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert Kamera və Orqan Musiqisi Zalında təqdim olunub.

AZƏRTAC xəbər verir ki, bədii rəhbər və baş dirijor Respublika və beynəlxalq müsabiqələr laureatı Mustafa Aşurovun rəhbərliyi, Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə solistlər – Şaiq Əsədov (balaban), Əvəzxan Əzizov, Vüsal Qasımov, Rəvan Qaçayev, Gülyaz Həsənzadə (xanəndə) öz ifalarını dinləyicilərə təqdim ediblər.

Proqramda Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Səid Rüstəmov, Emin Sabitoğlu, Vasif Adıgözəlov, Xan Şuşinski, Klaus Badelt, Astor Piazzollanın əsərləri səslənib.