- Mədəniyyət

“Vəhşi” filmi “Oskar”a təqdim olunub

Rejissor Hugo Kovarrubias Çili hərbi diktaturası zamanı kəşfiyyat rəhbəri qismində həbsxana itlərindən istifadə edərək dissidentlərə işgəncə verən, kəşfiyyat rəhbəri İnqrid Olderokun hekayəsini “Vəhşi” (“Bestia”) qısametrajlı filmində böyük ekrana çıxarıb.

AZƏRTAC EFE agentliyinə istinadla xəbər verir ki, Giyermo del Toro və ya Stiven Spilberq kimi rejissorların rəğbətini qazanan animasiya filmi bu il “Oskar”a təqdim edilib.