Braziliyalı futbolçu Vaqner Lavın yeni komandası müəyyənləşib.
“Report” “Globo Esporte” nəşrinə istinadən xəbər verir ki, 38 yaşlı hücumçu Danimarkanın “Midtüllan” klubuna keçib. Tibbi müəyinədən sonra təcrübəli forvardla 6 aylıq müqavilə imzalanıb.
Qeyd edək ki, Vaqner Lavın son klubu Qazaxıstan “Kayrat”ı olub. O, Almatı təmsilçisinin heyətində UEFA Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı oynayıb.