- Cəmiyyət, Manşet

“Vaqner” Ukrayna tərəfinə keçən muzdlunu edam edib

“Vaqner” Ukrayna tərəfinə keçən muzdlunu edam edib. Onun başını çəkiclə əziblər.
Bu barədə kamilinfo svoboda.org-a istinadən məlumat verir.

“Vaqner”in sahibi Yevgeni Priqojin qətlin videolentini “əla rejissor işi” adlandırıb və qətlin “ədalətli” olduğunu bildirib. “Sota” nəşrinə görə, çəkiclə qətl “Vaqner”in Suriyadakı hərbi əməliyyatlarda iştirakından sonra vizit kartına çevrilib.

Yevgeni Priqojin “Vaqner”in yaradıcılarından və sponsorlarından biridir, Vladimir Putinə yaxın olan Sankt-Peterburqlu iş adamıdır. Yazda rus ordusu Ukrayna ərazisində bir neçə dəfə hərbi məğlubiyyətə uğrayandan sonra Priqojin rusiyalı məhbusları “Vaqner”in sıralarına cəlb etməyə və onları müharibəyə göndərməyə başladı. Döyüş əməliyyatlarında iştirak etməyə razılıq verən məhkumlar altı ay cəbhə xəttində qalmalıdırlar. Geri çəkilmək və təslim olmaq qadağandır və qaydanı pozanları edam cəzası gözləyir. Altı ay sağ qalanlara əfv vəd edilir. Müxtəlif mənbələrə görə, on mindən iyirmi minə qədər məhbus “Vaqner”ə cəlb edilib,  deyə svoboda.org məlumat verir.