- Cəmiyyət, Manşet

Vaşinqton və Tokio Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir

ABŞ və Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək və Ukraynaya əlavə dəstək vermək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden və Yaponiyanın Baş naziri Fumio Kisida arasında Vaşinqtonda keçirilən görüşdən sonra Ağ evin mətbuat xidməti tərəfindən yayılan iki ölkənin birgə bəyanatında deyilib.

Sənəddə qeyd edilib ki, Vaşinqton və Tokio “Rusiyaya qarşı sanksiyaları davam etdirəcək və Ukraynaya sarsılmaz dəstək verəcək”:

“Biz birmənalı şəkildə bəyan edirik ki, Rusiyanın Ukraynada nüvə silahından istifadə etməsi heç bir şəkildə bəraət qazana bilməyən bəşəriyyətə qarşı düşmənçilik aktı olacaq”.