Mədəniyyət Nazirliyi, ölkəmizin ABŞ-dakı səfirliyi və Birləşmiş Ştatlar – Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə mayın 3-də Vaşinqton şəhərində “The Voice of Orchid” adlı xeyriyyə konserti keçirəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdən toplanılan vəsait işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi məqsədilə altı minaaxtaran itin “Marshall Legacy institute” vasitəsilə alınaraq Azərbaycana göndərilməsinə sərf olunacaq.
Konsertdə Əməkdar artist, dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Bakı Kamera Orkestri, həmçinin Xalq artistləri Brilliant Dadaşova, , Ənvər Sadıqov, Nəzakət Teymurova, Əməkdar artist Abbas Bağırov və digər solistlər çıxış edəcəkdir.