- Cəmiyyət

Viktoriya Nuland Nigerə səfər edib

ABŞ dövlət katibinin birinci müavini vəzifəsini icra edən Viktoriya Nuland Nigerə səfər edib.

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qadın diplomat Nigerdə ölkə prezidentini hakimiyyətdən uzaqlaşdıran hərbçilərin nümayəndələri ilə görüşüb.

Nuland jurnalistlərə bildirib ki, danışıqlar çox səmimi və bəzən çətin keçib.

O, əlavə edib ki, hərbçilər onun devrilmiş prezident Mohamed Bazum ilə görüşünü rədd ediblər. Nulandın əsas həmsöhbəti Nigerin yeni müdafiə naziri olub.

Nuland Nigerlə münasibətlərin təhlükə altında olduğunu açıq şəkildə ifadə etsə də, üsyançılar ABŞ-ın demokratik nizamı bərpa etmək çağırışına da soyuq yanaşıblar.