Ukraynanın Lvov şəhərinə endirilən qanadlı raketlər Xəzər dənizi regionundan buraxılıb.
APA xəbər verir ki, bu barədə Lvov regional hərbi administrasiyasının rəhbəri Maksim Kozitski “Facebook” hesabında bildirib.
O qeyd edib ki, bu gün təxminən 08:30 radələrində Lvova ümumilikdə 4 raket zərbəsi endirilib: “İlkin məlumata görə, onlar Xəzər regionundan buraxılıblar. Raketlərdən üçü hərbi infrastruktur obyektini vurub”.
Kozitski raket zərbələri nəticəsində 7 nəfərin həlak olduğunu və biri uşaq olmaqla, 11 nəfərin yaralandığını qeyd edib. O, itkilərlə bağlı rəqəmlərin dəyişə biləcəyini vurğulayıb.
Vilayət rəhbəri zərbələrdən sonra baş vermiş yanğının söndürüldüyünü əlavə edib.