- Cəmiyyət, Manşet

Vilayət rəhbəri: “Rusiya Lvova raket zərbələrini Xəzərdən endirib”

Ukraynanın Lvov şəhərinə endirilən qanadlı raketlər Xəzər dənizi regionundan buraxılıb.

APA xəbər verir ki, bu barədə Lvov regional hərbi administrasiyasının rəhbəri Maksim Kozitski “Facebook” hesabında bildirib.

O qeyd edib ki, bu gün təxminən 08:30 radələrində Lvova ümumilikdə 4 raket zərbəsi endirilib: “İlkin məlumata görə, onlar Xəzər regionundan buraxılıblar. Raketlərdən üçü hərbi infrastruktur obyektini vurub”.

Kozitski raket zərbələri nəticəsində 7 nəfərin həlak olduğunu və biri uşaq olmaqla, 11 nəfərin yaralandığını qeyd edib. O, itkilərlə bağlı rəqəmlərin dəyişə biləcəyini vurğulayıb.

Vilayət rəhbəri zərbələrdən sonra baş vermiş yanğının söndürüldüyünü əlavə edib.