Qasım bəy ZAKİR
Mirzə Fətəliyə məktub
Xəbər alsan bu vilanın əhvalın, –
Bir özgədı’r keyfıyyəti-Qarabağ.
Həqdi, bundan əqdəm görübsən sən də,
Hanı o qaidə, o qanun səyaq?
Qarabağda nə day qaldı, nə dana,
Bu gün, sabah qaçar hərə bir yana.
Tənbih etmək ilə Xındınstana
Xub saldı nizamə ölkəni qoçaq.
Ədalətdə yoxdur bir kəsrü kəmi,
Bundan sonra vilayətin nə qəmi.
Əlbət, dağıdarmış külli-aləmi
Ağzmdan süd iyi gələn iki uşaq.
Birindən şikayət edəsən əgər,
Danışmağa qoymaz, sözünü kəsər.
Qardaş malı kimi ortadan bölər –
Murovlar olublar oğmya ortaq.
Görsən tanımazsan Yanmsaqqalı,
Çıxıb əndazədən dövlətü malı.
Xandəmirov çaidı, çapdı mahalı,
O ki, tutub özün keçel qummsaq.
Gədə-güdə olub sahib-mesləhət,
Gündüz axşamadən danışır xəlvət.
İşlərimiz bele keçse bir müddət,
Qədimilər olur tamam şil, axsaq.
Gündə bir gətirir zakoni-tazə,
Fikri budu xelqi verə güdazə.
Bizdən de məhrəmdir biri knyaze,
Nə mehrəm, füzulü heyverə, yanşaq.
Əbəs yerdə bizi verdi zəvalə,
Oğrun-oğnin bəlalərə həvalə.
O ki, olmalıydı otlu, səqqalə
Dəxi doğramasm soğan, sanmsaq.
Ömründə gehnəyib doğru dilinə,
Xaindi xiyşinə, qöVmü elinə.
Əli Zülfüqann vursun belinə
Bəlkə ölə, pis üzündən qurtulaq.
Həddən aşıb büxlü həsəd, şşrarət,
Yoldaş yoldaşına eylər xəyanət.
Alimdə əməl yox, bəydə ədalət,
İşlərimiz olub saf gərdən-bucaq.
Çəkilib köksümə dağlar, düyünlər,
Kafırə olmasm nəsib bu günlər!
Qmamasın məni könlü bütünlər
Fikrim dağınıqdır, xatirim övraq.
Məqsudimiz hasil olmadı bizim,
Yeksandı hicrində gecə-gündüzüm.
Bu bədbəxtin halətindən, əzizim,
Ban o viladə olgil göz-qulaq.
Gərçi vilayətdə çox idi Əhval,
Müyəsser olmadı şərh edim əlhal.
Bir parasın yazıb eİədim irsal,
Bu şərt ilə nə diş bilsin, nə dodaq.
Üç ildən əfzundur iki fərzəndim
Sürülüb qürbətə, dağılıb kəndim.
Piranəsərlikdə həvadən endim,
Necə ola edəm seyri-gülüstan?