“Biz ilk olaraq müstəqillik və respublika anlayışının tutumunu və çəkisini anlamalıyıq”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclis sədrinin müavini, tarixçi professor Fəzail İbrahimli deyib.
Fəzail İbrahimli bildirib ki, mediada bu qanun layihəsi ətrafında respublika təəssübkeşliyi yaranıb: “O dövrdə 44 kişi ayağa qalxdı. O dövrdə hansı adı seçməklə bağlı polemika var idi. Məsələn, Fransada inqilab baş verdi, amma dövlətin adı Fransa oldu. Çünki əvvəldən də ad Fransa idi. Cümhuriyyət liderlərinin tarixdə ən böyük işlərindən biri Azərbaycan adını dövlətin adına gətirmək oldu. Azərbaycan adı ilk dəfə IX əsrdə işlədilib, ondan sonra bu ad işlənməyib. Bu ad sonradan siyasi leksikondan çıxmışdı. Azərbaycan adını dövlətin adına gətirmək Cümhuriyyət liderlərinin ən böyük addımlarından biri oldu. Bu müstəqilliyə bərabər addım idi. O vaxt da buna görə sinəmizə çökdülər. Ona görə Cümhuriyyət liderləri Qafqaz Azərbaycanı ifadəsini sənədlərə saldılar. Bu qanunun qəbulunun mahiyyəti çox genişdir”. (apa)