Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən İkinci Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası təqdim olunub.
Rolları Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Fərid Əliyev, İnarə Babayeva, Cahangir Qurbanov, Gülüstan Əliyeva, Tural Ağasiyev, Səbinə Vahabzadə və Sadiq Məlikov ifa ediblər. Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın idarə etdiyi əsərin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.
Tədbir tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. (azertag)