Ölkə ərazisində faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, yanvarın 19-u saat 11:00-a olan məlumata əsasən, bəzi yerlərdə cənub-qərb küləyi güclü olub, küləyin maksimal sürəti bölgələrdə arabir 28 m/s, Abşeron yarımadasında 23 m/s, Abşeron Dəniz rayonunda isə 20 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.8 metrə çatıb.
Hazırda külək zəifləyib.
Qar örtüyünün hündürlüyü, Ağdərədə (Ordubad) 30 sm, Qubada 20 sm, Qrızda 15 sm, Sarıbaşda (Qax) 13 sm, Lerikdə 9 sm, Altıagac, Xaltan 8 sm, Şahbuzda 6 sm, Naxçıvan, Daşkəsən, Göygöldə 4 sm, Qusarda 2 sm olub.
Havanın minimal temperaturu, bu gecə aran rayonlarında 4°-dək şaxta, dağlıq rayonlarda 3-8° şaxta, Naxçıvan MR-da 9-13° şaxta, Bakıda və Abşeron yarımadasında 2-4° isti olub.