2023-cü il iyun ayının 1-də dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) 2023-cü il üçün BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri”nə əsaslanan, sosial və iqtisadi töhfələrinə görə fərqlənən ən yaxşı dünya universitetlərini müəyyənləşdirərək, “THE University Impact Rankings 2023” reytinq cədvəlini açıqlayıb.
Reytinqin 5-ci nəşrinə 112 ölkədən 1591 universitet daxil edilmişdir.
Xəzər Universiteti sözügedən reytinqdə 601-800 aralığında qərarlaşaraq, Azərbaycandan bütün sahələr üzrə ən yüksək nəticə göstərən universitetdir.
Xəzər Universiteti təhsilin keyfiyyəti üzrə 201-300 aralığında yer tutaraq, yüksək təhsil keyfiyyətini və üstün mövqeyini bir daha təsdiqləmişdir. Beləliklə, Xəzər Universiteti sahələrin 1-i üzrə 93-cü yerdə, 2-si üzrə 201-300, 5-i üzrə 301-400, həmçinin, digər 5 sahə üzrə 401-600, iki sahə üzrə isə 601-800 aralığında qərarlaşmışdır.
Reytinq haqqında daha ətraflı məlumat aşağıdakı linkdə: