- Manşet

Xakas Yeni ili – Çıl Pazı (il başı)

Martın 22-də xakaslar yalnız yazın gəlişini deyil, həm də yeni həyat dövrəsinin başlanğıcını göstərən Çıl Pazı bayramını qeyd edirlər. İnanca görə, həmin gündə təbiət yenidən doğulur.

Ruhlarla görüşmək və bayrama hazırlıq. Bu xalqın inancına görə, payızda yerin, çayların və tayqanın mühafizəçiləri insanların dünyasını tərk edərək səmaya yüksəlir. Onlar mart günəşinin ilk şüaları ilə geri qayıdır və bu gəlişə hazırlaşmaq:

  • Yenilənmə simvolu olaraq yeni paltar tikmək;
  • Alaçığı və ərazini təmizləmək;
  • Ailədə harmoniyanı qorumaq, münaqişələrdən qaçmaq lazımdır.

    Şənliklər quşların gəlişi və qu quşunun oxuması ilə başlayır və may tufanları ilə başa çatır. Hesab edilir ki, onlar köhnə ilin şərini qovur.

    Gecə və gündüzün bərabərliyinin mərasimləri: od, təmizlənmə, şükür.

Gecə-gündüz bərabərliyinin səhəri aal (kənd tipıi yaşayış yeri) sakinləri sübhü qarşılamaq üçün təpələrə qalxır, sonra ocaqların ətrafında ayinlər yerinə yetirirlər:
Şükür ocağı. Günəş istiqamətində alov ətrafında gəzərək, havaya süd səpələyir, odun içinə ət tikələri atırlar. Bununla qışda qoruduğu üçün ruha təşəkkür edirlər.
Təmizləyici tonqal: Günahları və xəstəlikləri qara lentlərə “bağlayır”, sonra yandırır, ruhu yüklərdən azad edirlər.
Ziyafət ocağı: Seçmə ət və süd yeməkləri hazırlanır və qonşularla paylaşılır.

Müqəddəs ağcaqayının sirri (xazın)

Rəngarəng lentlərlə bəzədilmiş himayəçi ağacın ətrafına üç dəfə dövrə vurulur.
Ağ – düşüncələrin saflığı;
Qırmızı – həyat gücü;
Mavi – səma ilə bağlılıqdır.

Xakaslar lentləri bağlayarkən ruhların onların xahişini eşidəcəyinə inanaraq, arzularını pıçıldayırlar.

Təbiətlə vəhdət ayinləri

  • Səmavi ruhlara hədiyyə: Lentlərlə bəzədilmiş atı ali qüvvələrə həsr edirlər ki, onlar çətin anlarda daha tez köməyə gəlsinlər.
  • May ildırımı: İlk göy gurultusu zamanı sakinlər yurdun ətrafında üç dəfə qaçaraq yerə ayran səpirlər və “Eləm-salam!” deyə qışqırırlar, Bu, köhnəni qovmaq, yenini qəbul üçün çağırışdır.

Çıl Pazının fəlsəfəsi: keçmişdən gələcəyə. Yeniləşmə simvolizmi hopmuş bayram insan və təbiət arasındakı kövrək tarazlığı xatırladır. Bu gün ekoloji çağırışlar fonunda onun ideyaları yeni məna kəsb edir,. Xakas atalar sözündə belə deyilir: “Çay bulaqdan, müdriklik köklər (əcdadlar) barədə xatirələrdən başlayır”.

Maraqlıdır ki, Çıl Pazı gələndən sonra bir ay ərzində spirtli içki içilmir. Çünki əks təqdirdə onun vasitəsilə insana daxil olan pis ruhlardan və şərdən qorunmaq olmaz.

İnternet materialları əsasında Kim BİLİR hazırlayıb