Yanvarın 15-də Azərbaycan Milli Xalça Muzeyində “İnanclardan qaynaqlanan ornamentlər” adlı mühazirə keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, mühazirədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, muzeyin eksperti, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov xalqımızın inanc sistemi barədə danışıb.
O, həmçinin din və inancların naxış yaradıcılığına təsirindən ətraflı bəhs edib.
Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tədbir müzakirələrlə davam edib.