- Mədəniyyət

Xalq rəssamı Mikayıl Abdullayevin anadan olmasının 100 illiyi qeyd ediləcək

Prezident İlham Əliyev sentyabrın 10-da Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Mikayıl Abdullayevin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının təkliflərini nəzərə almaqla, Xalq rəssamı Mikayıl Abdullayevin 100 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlayıb həyata keçirəcək.