- Ədəbiyyat

Xalq şairi Musa Yaqubun şeirləri Rusiya ədəbiyyat portalında

Rusiyanın populyar “Ollam.ru” ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində (ADTM) Azərbaycanın Xalq şairi Musa Yaqubun rus dilinə tərcümə olunmuş “Həsrət adası” və “Sənin ürəyində” şeirlərinin yayınına başlayıb.

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, şeirlərin rus dilinə tərcümə müəllifi – tanınmış Rusiya şairi və tərcüməçisi Ravil Buxarayevdir.

Qeyd edək ki, geniş oxucu kütləsi tərəfindən izlənilən portal, mütəmadi olaraq səhifələrində A.Puşkin, N.Nekrasov, M.Lermontov, A.Blok, S.Yesenin, A.Axmatova kimi dünya şöhrətli şairlərin yaradıcılığını işıqlandırır.