Heydər Əliyev Sarayında Xan Şuşinskinin xatirə gecəsi keçirilib.
APA-nın xəbərinə görə, “Şuşa ili” çərçivəsində baş tutan gecədə Xalq artistləri Mənsum İbrahimov, Nəzakət Teymurova, Natiq Şirinovun rəhbərliyi ilə “Natiq” ritm qrupu, Əməkdar artistlər Sevinc Sarıyeva, Anar Şuşalı, tanınmış xanəndələr Səbinə Ərəbli, Mirələm Mirələmov, Anar Quliyev, Rəvanə Qurbanova, Eldəniz Məmmədov, Əməkdar artist Nailə Məmmədzadənin rəhbərliyi ilə “Azərbaycan mirvarisi” rəqs ansamblı və Bakı Xoreoqrafiya Akademiyasının rəqs ansamblı iştirak ediblər. İfaçıları Rövşən Qurbanovun rəhbərliyi ilə “Buta” instrumental ansamblı müşaiyət edib.