Qarabağın Rusiya sülhməramlılarının nəzarətindəki ərazisində yerləşən separatçı-terrorçu dəstə sosial şəbəkələrdə Xankəndidən video yayan bir ermənini həbs edib.
Ermənistan mətbuatının bununla bağlı məlumatına görə, Əsgəran sakini olan 2000-ci il təvəllüdlü M.A. sentyabrın 25 -də sosial şəbəkələrdə və teleqram kanallarında Xankəndinin müxtəlif yerlərini göstərın videomateriallar yayıb.
Müəllifin rus dilində yaydığı videomaterialda şəhəri Stepanakert deyil, Xankəndi adlandırması erməni separatçı-terrorçu dəstəsini hiddətləndirib.
Onu casusluqda siçlayaraq, həbs ediblər.
Modern.az