- Cəmiyyət

Xankəndi şəhəri Yeni ili Zəfər atəşfəşanlığı ilə qarşılayıb

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Xankəndi şəhərində atəşfəşanlıq keçirilib.

“Report”un Qarabağ bürosunun verdiyi məlumata görə, bayram atəşfəşanlığını Zəfər meydanına toplaşan dövlət qurumlarının əməkdaşları, Qarabağ Dövlət Universitetinin müəllim və tələbələri, şəhər sakinləri və qonaqlar böyük maraqla izləyiblər.