- Cəmiyyət

Xankəndidə keçirilən oyunda “Qarabağ” MOİK-ə qalib gəlib

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

“Report”un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, “Qarabağ” MOİK-lə üz-üzə gəlib.

Xankəndi şəhər stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. 90+3-cü dəqiqədə Nəriman Axundzadə qələbə qoluna imza atıb.

“Köhlən atlar” 1/4 finalda “Sabah”la üz-üzə gələcək.