- Cəmiyyət, Manşet

Xarici səyyahların iştirakı ilə Bakıdan Qarabağa ilk kommersiya təyinatlı sınaq uçuşu olub

Sentyabrın 27-də Azərbaycana səfər edən dünya şöhrətli səyyahların iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanına kommersiya təyinatlı sınaq uçuşu olub.

“Report” xəbər verir ki, sərnişin təyyarəsi ilə Bakı-Füzuli marşrutu üzrə uçuş müddəti təxminən 35 dəqiqə təşkil edib.

Səfərdə 11 ölkədən – ABŞ, Böyük Britaniya, Belçika, İsveçrə, Avstriya, Almaniya, İtaliya, İspaniya, Portuqaliya, Polşa və Rusiyadan olan dünya miqyaslı 30-dan çox səyyah iştirak edir. Səyyahlar hava limanında görülən yenidənqurma işləri ilə tanış olacaq.

Dünya miqyaslı beynəlxalq səyahətçilər Füzulidən Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər edəcək, Ermənistanın törətdiyi daha bir urbisidi, vandalizm və vəhşiliyi öz gözləri ilə görəcəklər, həmçinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşada olacaqlar.