- Cəmiyyət

XİN başçısı: “Çin Ukraynadakı hadisələrdə beynəlxalq ictimaiyyətin tərəfindədir”

“Çin Xalq Respublikası Ukraynadakı hadisələrdə beynəlxalq ictimaiyyətin tərəfindədir, sülh və danışqları təşviq edir”.

“Report” xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi ABŞ-ın dövlət katibi Entoni Blinkenlə dekabrın 23-də telefon danışığı zamanı bildirib.

Onun sözlərinə görə, ÇİN həmişə sülhün və BMT Nizamnaməsinin müddəalarının yerinə yetirilməsinin tərəfdarı olub: “Biz Ukrayna böhranının həllində konstruktiv rolumuzu oynamağa davam edəcəyik”.