Bir dəfə keşişin yanına bir cütlük gəldi və dedi:
— Müqəddəs Ata — qadın söylədi — mən uşaq gözləyirəm, bizim isə artıq 4 övladımız var. İndi isə, beşinci olacaq. Yaşayışımız çox çətindir. Uşağı götüzdürmək (abort mənasında) istəyirik, bizə xeyir-dua verin.
— Görürəmki, siz çox çətinliklə yaşayırsınız — keşiş cavab verdi — nə etmək olar, övladınızı ölürmək üçün sizə xeyir-dua verirəm. Lakin böyük qızınızı öldürün, onun artıq 15 yaşı var: o bu dünyada az-çox yaşayıb, gün görüb, amma hələ doğulmamış övladınız isə heç günəş şüalarını belə görməmişdir. Onu bundan məhrum etmək ədalətsizlik olardı.
Qadın dəhşət içində üzünü əlləri ilə bağladı və hönkürməyə başladı.
kayzen.az