- Cəmiyyət, Manşet

“Xristian yepiskopu və müsəlman alimindən Yer kürəsinə məktublar” kitabı nəşr olunub

Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə professor Nəriman Qasımoğlunun “Xristian yepiskopu və müsəlman alimindən Yer kürəsinə məktublar” (“Letters from a Christian Bishop and a Muslim Scholar to the Earth”) adlı kitabı nəşr edilib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kitabda müəllifin Britaniyanın məşhur ictimai və din xadimi, “Cəngavər” ordeni daşıyıcısı, Liverpul şəhərinin sabiq yepiskopu Ceyms Consla 2006-cı ildən günümüzədək olan məktublaşmaları və məktublara istinad edilən çıxışları yer alıb. Nəşrdə İslam və xristianlıqda Yer kürəsinin, ətraf mühitin qorunmasına dair məsələlər teoloji müstəvidə işıqlandırılmaqla yanaşı, hər iki dini düşüncənin eko-teologiya mövzusunda qənaəti və yaxınlaşması öz əksini tapıb.

Nəşr edilən kitab Azərbaycan-Böyük Britaniya mədəni əlaqələrinin inkişafında da töhfə verəcək.