- Yumor

Yəhudi lətifələri

11 sentyabrdan sonra:
Amerikalılar Amerika bayrağını asır.
Ərəblər Amerika bayrağını yandırır.
Yəhudilər Amerika bayrağını tikib satır.

***
İki yəhudi evə yaxınlaşırlar. Biri deyir:
– Bu da mənim evim. Bəlkə girək, bir qədəh konyak içək…?
– Niyə də yox…?
– Yox deyirsən, yox də.

***
İki rus iki yəhudini döydüyünə görə məhkəmə qarşısında dayanıb.
– Cənab hakim! Yarım litr içdik, radionu qoşduq. Bunlar Qəza bölgəsindədir. Bir dənə də yarım litr içdik,
Süveyş kanalındadırlar. Getdik dükana, elə orda yarım litr içdik. Baxlb gördük artıq burda, metronun yanındadılar. Ona görə də döydük…

***
Teleqram: «Moskva. Kreml, Leninə. Yoldaş Lenin, kasıb yəhudiyə kömək edin. Rabinoviç». Səhər onu lazım olan yerə dəvət edirlər:
– Başın xarab olub? Bilmirsən ki, Lenin çoxdandı ölüb?
– Sizdə hər dəfə belədi. Özünüzə lazım olanda, o, əbədi yaşardı. Ancaq kasıb yəhudiyə lazım olan kimi “çoxdandı ölüb”.

***
Pasport və viza şöbəsində yəhudi SSRİ-dən getmək istəməsini iki səbəblə izah edir.
– Birinci səbəb odur ki, qonşum məni hədələyir. Deyir SSRİ dağılan kimi səni doğrayacam!
– Nədən qorxursan? Axı sovet hökuməti heç vaxt dağılmayacaq!
– İkinci səbəb də elə odu da.

***
Yəhudiyə deyirlər:
– Lenin ölüb, ancaq əməlləri yaşayır.
– Kaş əməlləri öləydi, özü yaşayaydı.

***
Yəhudinin qapısı döyülür:
– Rabinoviç burda yaşayır?
– Yox.
– Axı bizə verilən ünvanda yazılıb ki, burda yaşayır.
– Siz buna yaşamaq deyirsiz? Rabinoviç burda yaşamır, sürünür.

***
-SSRİ-ni kim yaradıb?
– Stalin!
İsraili kim yaradıb?
– Stalin!
-Bütün bunlarda kim günahkardı?
– Yəhudilər.

***
İsrailin BMT-dəki səfiri tribunadan çıxışa başlayır: «Min illər öncə Musa peyğəmbər yəhudiləri başına toplayıb yer üzünü gəzirdi. Nəhayət, İordan çayının sahilinə gəlir. Əvvəl yəhudilər çaydan su içir. Sonra Musa peyğəmbər paltarlarını çıxarıb çaya girir. Çaydan çıxanda görür ki, ərəblər paltarlarını oğurlayıb». Bu an ərəblərin BMT-dəki səfiri yerindən qalxıb qışqırır: «O vaxtı ərəblər orda yaşamırdı».
İsrailin səfiri:
– Elə mən də onu demək istəyirəm.

***
Qoca bir kişi iki həftə Roma papasının onu qəbul edəcəyini gözləyir. Nəhayət, Roma papası qocanı qəbul edir. Roma papasını görən qoca əlindəki «Gizli ziyafət» (İsa peyğəmbərin həvarilərlə son görüşünün təsviri) əsərini göstərib soruşur:
– Sənin adamlarındı?
– Hə.
– Yeyib-içiblər. Ancaq hələ də hesabı verməyiblər.

***
Odessada yəhudi ölür. Qohumlar İsraildə yaşayan yaxınlarına ölüm xəbərini necə qısa çatdırmaq haqda fikirləşirlər. Teleqramın məzmunu belə olur: «İzya – tamam». Bir həftədən sonra İsraildən cavab gəlir: «Vay».

***
İsrail-ərəb müharibəsi. Səngərlərin birində yeddi ərəb, birində isə bir yəhudi var. Yəhudi bir-bir çox işlənən ərəb adlarını çağırır:
-Əhməd!
Ərəbin biri ayağa qalxıb deyir:
-Mən!
Yəhudi onu vurur. Sonra çağırır:
-Həsən!
Bir ərəb ayağa qalxıb deyir:
-Mən!
Yəhudi onu da vurur. Beləcə o, altı ərəbi öldürür. Nəhayət, bir ərəb qalır. O yəhudinin hiyləsini başa düşüb eyni qayda ilə öldürmək fikrinə düşür. Səngərdən çağırır:
-Abram.
Abram başını səngərdən çıxarmadan soruşur:
-Kimdi məni çağıran?
Ərəb başını səngərdən çıxarır:
-Mən.
Səngərdəki sonuncu ərəb də belə ölür.

***
Bir ravvin o biri ravvinin yanına gəlib deyir:
– Saatımı oğurlayıblar. Bilirəm ki, sinaqoqa gələnlərdən biri oğurlayıb. Oğrunu necə tapım?
– Sinaqoqa gələnləri bir yerə topla və moizə oxu. «Oğurluq etmək günahdır» deyəndə gələnlərin gözlərinə bax. Kim gözlərini aşağı salsa, bil ki, oğru odu.
Səhəri gün saatı oğurlanan ravvin bir dəstə güllə məsləhət verən ravvinin yanına gəlir:
– Sağ ol, məsləhətin mənə çox kömək etdi.
– Oğrunu tapdın?
– Yox. Ancaq «Zina etmək günahdır» deyilən yerə çatanda saatı harda yaddan çıxardığım yadıma düşdü».

***
Qatarda bir oğlanla qoca yəhudi gedir. Oğlan yəhudidən saatı soruşur. Ancaq yəhudi cavab vermir. Səhər açılır. Yəhudi qatardan düşməyə hazırlaşanda saatı deyir. Oğlan:
– İndi niyə deyirsən? Mənə gecə saatı bilmək lazım idi.
Yəhudi:
– Gecə sənə saatı desəydim, yavaş-yavaş söhbətə başlayacaqdıq. Sən məndən harda yaşadığımı soruşacaqdın. Sonra mənimlə dost olmaq istəyəcəkdin. Ondan sonra bizə qonaq gəlmək istəyəcəkdin. Sonra evimə qonaq gələcəkdin. Evimdə qızımnan tanış olacaqdın. Sonra qızımla evlənmək istəyəcəkdin. Saatı olmayan kürəkən mənim nəyimə lazımdı?

***
– Xaim, bilirsən Moyşa harda yaşayır?
– Əlbəttə. O, şəhər həbsxanasıyla üzbəüzdə yaşayır.
– Sənin məlumatın köhnədi. İndi o öz evi ilə üzbəüzdə yaşayır.

***
Rabinoviç arvadına deyir:
– Utanıram, çox utanıram.
– Nə olub?
– Abram artıq üçüncü dəfədir məni arvadının dəfninə dəvət edir. Ancaq mən onu hələ bir dəfə də olsun dəvət etməmişəm.

***
– Alo, İzya evdədi?
– İzya hələ evdədi. Ancaq əklilləri çıxarıblar.

***
Rabinoviç Nyu-Yorka mühacirət edir. Orada restoran açır. Restoranın qapısında yazır: “Ərəblərə giriş qadağandı”. Bir neçə gündən sonra restorana ərəb gəlir. Ofisiant bunu Rabinoviçə bildirir. Rabinoviç deyir:
– Yaxşı, hay-küy istəmirəm. Ona kofe və buterbrod ver. Ancaq hesabı ikiqat artıq al. Bir də bura gəlməz.
Ancaq səhəri gün nahar vaxtı ərəb yenidən restorana gəlir. Bu dəfə Rabinoviç ondan üçqat artıq hesab almağı tapşırır. Ərəb yeyib pulu verib gedir. Üstəlik, axşama 10 nəfərlə gələcəyini deyir. Rabinoviç fikirləşib deyir:
– Yaxşı, qoy gəlsin. Ancaq hesabı onqat artıq alarsan.
Axşam ərəb öz dostları ilə gəlir, yeyib-içir, hesabı verib gedir. Səhər Rabinoviçin restoranının qaba
ğında yazı asılır: “Yəhudilərə giriş qadağandı”.

***
Rabinoviç dükana gəlir.
– Mənə siyasi büro üzvlərinin şəkillərindən yüz komplekt verin.
– Neynəyirsiz o qədər?
– Viza almışam. Təl-Əvivdə tir açmaq istəyirəm.

***
Yəhudi qəbiristanlığında ana balaca oğlunu dəfn edir və tapşırır:
– Oğlum, Allahdan xahiş elə, Sara ərə getsin. Sonra xahiş elə ki, Xaim dayın sağalsın. Sonra de ki, Natanı əsgər aparmasınlar.
Yaxınlıqda dayanan qəbirqazan dözməyib dillənir:
– Qulaq asın, əgər Allaha bu qədər işiniz düşübsə, özünüz gedin. Day ağlı kəsməyən uşağı göndərməyin.