- Cəmiyyət, Manşet

Yəmənin hava limanında törədilən partlayışda ölənlərin sayı artıb, 40-dan artıq yaralı var

Yəmənin cənubunda Ədən Beynəlxalq Hava limanı yaxınlığında törədilən partlayışda ölənlərin sayı artıb.

“Report” bu barədə İHA-ya istinadən xəbər verir.

Qeyd edilir ki, hadisə zamanı 12 nəfər həyatını itirib, daha 43 nəfər yaralanıb.

Ədəndəki Əl-Cumhuri Xəstəxanasının rəsmiləri yaralıların təcili yardım mərkəzində müalicə olunduğunu və bütün tibb işçilərinin səfərbər edildiyini bildirib. Rəsmi, həmçinin yaralılar üçün qanvermə çağırışının olduğunu da açıqlayıb.

Qeyd edək ki, partlayış hava limanı yaxınlığındakı hoteldə güclü yanğına səbəb olub.