- Mədəniyyət

“Yağış göbələyinin macərası” yenidən Musiqili Teatrın səhnəsində

Oktyabrın 12-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində R.Şəfəq və V.Ziminin “Yağış göbələyinin macərası” adlı tamaşa nümayiş olunacaq.

Teatrdan AZƏRTAC-a bildirilib ki, ikihissəli musiqili nağıl-tamaşa balaca teatrsevərlər üçün nəzərdə tutulub.

Xeyirlə şərin mübarizəsindən bəhs edən səhnə əsərində uşaqlara dürüstlük, qəhrəmanlıq və ən əsası da təbiətə sevgi, onu qorumağın vacibliyi aşılanır.