- Manşet, Maraqlı

Yaponiya uçan motosikleti satışa çıxarıb

Yaponiyanın avtomobil istehsalçısı “Mitsubishi” və futbolçu Keisuke Honda tərəfindən dəstəklənən “ALI Technologies” şirkətinin hazırladığı uçan motosiklet- “XTurismo Limited Edition” 680 min ABŞ dollara satışa çıxarıb.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, uçan motosiklet bir dəfə doldurulmaqla 40 dəqiqə havada qala bilir və 100 kilometr sürətə çata bilir.

Bildiirlir ki, uçan motosikletin 5 mühərriki olacaq (1-i daxiliyanma, 4-ü akkumulyatorlu). Şirkət 2022-ci ilin sonuna qədər 200 ədəd avtomobil istehsal etməyi hədəfləyir.