- Mədəniyyət

“YARAT”da “Xəyali eşq” filmi nümayiş olunacaq

Oktyabrın 22-də “YARAT” Müasir İncəsənət Mərkəzində rejissor Ksavye Dolanın “Xəyali eşq” (2010) filmi nümayiş ediləcək.

AZƏRTAC xəbər verir ki, film Fransis və Mari adlı yaxın dostlar haqqındadır. Bir gün onlar şəhərə yenicə gəlmiş kəndli gənc oğlan Nikolya ilə tanış olurlar. Onların hər görüşü həqiqi və uydurma əlamətlərlə doludur… 2 dost fantaziyalar dünyasına qərq olurlar.

Filmin müddəti 101 dəqiqədir. Fransız dilində olan ekaran əsəri Azərbaycan dilində altyazılarla təqdim ediləcək.

İştirakçılarda COVID pasportunun olması zəruridir.