Yazıçılar Birliyinin qurultayı növbəti il keçiriləcək.
Bu barədə Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza məlumat verib.
X. Rza bildirib ki, qurultayın bu il Şuşada keçirilməsi planlaşdırılsa da, təxirə salınıb: “Təəssüf ki, pandemiya səbəbindən bu il qurultayı keçirə bilməyəcəyik. Bilirsiniz ki, builki qurultayın Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Pandemiya və hazırlıq məsələləri ilə bağlı qurultayı növbəti ilin iyun-iyul aylarında Şuşada keçirməyi düşünürük”.
Qeyd edək ki, Yazıçılar Birliyinin qurultayının bu ilin oktyabr ayında keçirilməsi nəzərdə tutulmuşdu. (APA)