Dövlət Tərcümə Mərkəzinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illiyi münasibətilə Madriddə nəşr olunan “Yeddi gözəl” kitabının elektron versiyası İspaniya Milli Kitabxanasının saytında yaradılan “Azərbaycan ədəbiyyatı” bölümündə yerləşdirilib.
Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, 2021-ci ildə “Mandala Ediciones” nəşriyyatında işıq üzü görən kitabın ispan dilinə tərcümə müəllifi tanınmış ispan tərcüməçisi Karmen Linaresdir. Kitabın “Ön söz”ünün müəllifi görkəmli nizamişünas-alim Rüstəm Əliyev, redaktoru tanınmış ispan filoloqu Fransisko Kapilla Martindir.
Qeyd edək ki, “Yeddi gözəl” kitabı İspaniyanın Milli Kitabxanası ilə yanaşı 20-dən çox mərkəzi kitabxanasında saxlanılır.