Mədəniyyət Nazirliyinin “Yeni adlar” layihəsi çərçivəsində Azərbaycan Dövlət Akademik Filarmoniyasında gənc istedadlı musiqiçilərin iştirakı ilə konsert keçirilib.
Filarmoniyanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, proqramda dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, solistlər – respublika və beynəlxalq müsabiqələr laureatları, pianoçular Vurğun Vəkilov və Leyla Zeynalova çıxış ediblər.