2022-ci ildə Qara Dənizindən çıxarılacaq təbii qaz Türkiyənin hər bir tərəfində istifadə olunacaq.
Bunu Türkiyə Energetika və Təbii Sərvətlər naziri Fatih Dönməz jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, təbii qazın hasilatı üçün Türkiyənin Zonquldak bölgəsində Filyos Təbii Qaz Emalı Zavodunun inşaatı sürətlə davam edir, zavodun tutumu ilkin mərhələdə günlük 10 maksimum isə 40 milyon kubmetr olacaqdır. (apa)