Artıq bir müddətdir ki, Nərimanov rayonunda yerləşən, restavrasiya və yenidənqurma işləri aparılan “Şərq bazarı”nda metal günbəzlərin quraşdırılaması işləri bitmək üzrədir.
Trend-in məlumatına görə, işlər layihəyə uyğun olaraq davam etdirilir. Ardıcıl olaraq mövcud inşaat konstruksiyalarının gücləndirilməsi, yeni inşaat konstruksiyalarının və metal konstruksiyaların quraşdırlması davam etdirilir. Bu işlər yekunlaşdıqdan sonra ərazidə landşaft və daxili bəzək tamamlanma işləri davam etdiriləcək.
Yenidənqurma işlərindən sonra “Şərq bazarı”nda millilik və müasirlik sintezini görmək mümkün olacaq. Kompleksdə bazar, iaşə obyektləri, istirahət ocaqları və hamamın fəaliyyət göstərəcəyi gözlənilir.
Bu cür üslubda olan “Şərq bazarı” Misir, İran və Türkiyə kimi ölkələrdə də var.