Yer kürəsinin ən soyuq şəhəri Rusiyanın Oymyakon şəhəridir. Bu yer ölkənin şərqində yerləşir, burada təxminən 500 insan yaşayır.
Qışda havanın temperaturu -50 dərəcə olur, hətta -71 olduğu vaxtlar da olub. Ancaq yerli əhali belə soyuqlara öyrəşib.
Bu şəhərdə əhali sayı az olduğundan hər kəs bir-birini tanıyır, bir-birinə kömək edir.
Ən yaxşı görüş məntəqəsi isti çörək satılan mağazadır. Oymyakonda qışda gün 3 saat çəkir, qaranlıq çox tez düşür. Yayda isə gecələr belə hava işıqlı olur. Hər il mart ayında şəhərdə festival keçirilir. Turistlər -51 dərəcəlik soyuğun necə olduğunu hiss etmək üçün bu şəhərə gəlirlər.
portal.azertag.az