- Cəmiyyət

Yerevan və Qarabağ ermənilərinin itki nisbəti – 44 GÜNÜN STATİSTİKASI

II Qarabağ Müharibəsi Ermənistanın sarsıdıcı məğlubiyyəti ilə yanaşı, Yerevan və Qarabağ erməniləri arasında çoxdan yığılan problemləri də gün işığına çıxarıb.

Rəsmi məlumatlara görə, müharibədə həlak olan və itkin düşən 4050 erməni hərbçisindən 82%-nin Ermənistandan olması ciddi narazılıq doğurub. Ölkə sakinləri hərbi əməliyyatların episentrində yerləşən Qarabağ ermənilərindən yalnız 747 hərbçinin ölməsini onların kütləvi fərarilik etməsilə əlaqələndirirlər.

Qarabağ erməniləri arasında ölən və yaralanan hərbçilərlə bağlı məlumat Ermənistan parlamentinin İnsan haqlarının qorunması və ictimai məsələlər üzrə komissiyasının iclasında açıqlanıb. Qarabağ separatçılarının Yerevandakı nümayəndəsi Sergey Kazaryan 44 günlük döyüşlər zamanı Qarabağdan olan  747 erməni hərbçinin öldüyünü bildirib.

Beləliklə, Ermənistanın rəsmi məlumatına əsasən, Qarabağ müharibəsində ölən və itkin düşən 4012 hərbçidən 3265 nəfəri Ermənistandan gətirilmiş hərbi qulluqçulardır. Bu isə müharibədə ölənlərin 82%-i deməkdir.

Amma müstəqil mənbələr və hərbi analitiklər Ermənistan ordusunun II Qarabağ Müharibəsində verdiyi itkilərin 6-7 min civarında dəyişdiyini və hakimiyyətin rəqəmləri azaltdığını vurğulayır. (modern.az)