Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Young Lions Azerbaijan 2022” müsabiqəsinin finalı keçirilib.
AZƏRTAC xəbər verir ki, festivalın gənc reklam mütəxəssisləri üçün nəzərdə tutulan “Young Lions” adlı mərhələsi artıq ikinci dəfədir ölkəmizdə təşkil olunub. 1955-ci ildən bəri reallaşan bu müsabiqədə 30 yaşadək yaradıcı şəxslər iki komanda şəklində iştirak ediblər. Müsabiqədə komandalar “çap” və “videoçarx” kateqoriyaları üzrə yarışıblar.
Sonda “çap” və “videoçarx” kateqoriya üzrə qalib komandaların iştirakçıları mükafatlandırılıblar.