- Maraqlı

Yunanıstanda sirli hadisə – göydən gələn səs şəhəri əsir edib

Yunanıstanın Saloniki şəhərində 5 həftədir fasiləsiz olaraq sirli bir səsin eşidildiyi iddia edilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Saloniki bələdiyyə sədrinin müavini Akis Arapoglou, hələ səsin mənbəyinə çatmadıqlarını bildirib: “Səs sanki göylərin dərinliklərindən, bir meteordan gəlir. Nə etsək də, səsin mənbəyini tapa bilmirik. Gündüz şəhərin səs-küyündə səs yox olur. Lakin gecələr çox dəhşətli uğultular başlayır. Şəhər sakinləri dəli olmaq üzrədir, çünki gecə yata bilmirlər”. Selanikdə yaşayan bəzi vətəndaşlar səslə birlikdə zaman-zaman titrəmələr hiss etdiklərini bildirib. Elm adamlarının bu vəziyyəti narahatlıqla qarşıladığı açıqlanıb. Arapoğlu əlavə edib ki, Geologiya və Maşın Mühəndisləri Birliyindən kömək istənilib, səsin mənbəyinin tapılması üçün işlərə başlanılıb, lakin hələlik heç bir nəticə əldə edilməyib.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova